Nə vaxt müraciət etməli
- Bir il müntəzəm cəhddən sonra hamiləliyin baş tutmaması
- Təkrarlanan düşüklər
- Nizamsız aybaşı
- Uğursuz süni mayalanma cəhdləri
- Spermioqrammada dəyişikliklər
Müayinə və müalicələr
- Sonsuzluğun səbəblərinin araşdırılması və diaqnostikası
- Fərdi müalicə planının hazırlanması
- USM müayinəsi
- Boruların müayinəsi (histerosalpinqoqrafiya)
- Aşılama və süni mayalanma (IVF) üzrə konsultasiya
- Kişi sonsuzluğunun androloji müayinəsi
- Sperm FISH testi
- Baş tutan hamiləliyin tibbi nəzarəti
Qəbul necə keçir
Qəbula hər iki tərəfin birlikdə gəlməsi və əvvəlki analiz, USM və müalicə sənədlərini gətirməsi vaxta qənaət edir. Həkim ilkin müayinədən sonra hansı analizlərin lazım olduğunu və növbəti addımları izah edir.
Bu şöbədə kim qəbul edir?
Dr. Öndər Tulumbacı
Uzman ginekoloq, süni mayalanma mütəxəssisiQonaq mütəxəssis · Elan olunan günlərdəUzm. Dr. Sadiq Cəfərli
Cərrah mama-ginekoloqDaimi qəbul · Həftə içi hər günDr. Həqiqət Əliyeva
GinekoloqDaimi qəbul · Həftə içi hər günDr. Dilarə Həşimova
Mama-ginekoloqDaimi qəbul · Həftənin 2-ci, 4-cü və 6-cı günləriDr. Samirə Babayeva
Mama-ginekoloqDaimi qəbul · Hər həftənin cümə günüDr. Günay Həsənli
Tibb üzrə fəlsəfə doktoru, cərrah mama-ginekoloqQonaq mütəxəssis · Elan olunan günlərdəDr. Yusif Rüstəmov
AndroloqDaimi qəbul · Hər həftə; günü qeydiyyatdan öyrəninTez-tez verilən suallar
Aybaşı müntəzəmdirsə, hamiləlik üçün hər şey qaydasındadır?
Həmişə yox. Menstruasiyanın müntəzəm olması hamilə qalmaq üçün hər şeyin qaydasında olduğu demək deyil; səbəbi vaxtında müəyyən etmək üçün müayinə lazımdır.
Sperm FISH testi kimə təyin olunur?
Spermlərdə xromosom dəyişikliklərini araşdıran bu test səbəbi bilinməyən sonsuzluqda, təkrarlanan düşüklərdə və təkrarlanan uğursuz IVF/ICSI cəhdlərində təyin oluna bilər.