Görüntüləmə və diaqnostika

Kardiologiya

Ürək-damar sisteminin müayinəsi üçün klinikada exokardioqrafiya (EXO), EKQ və Holter monitorinqi aparılır; kardioloq bazar günləri də qəbul edir. Aritmiya üzrə mütəxəssis, aritmoloq-kardioloq Prof. Dr. Yalçın Gökoğlan elan olunan günlərdə Gəncədə xəstə qəbul edir.

Nə vaxt müraciət etməli

  • Döş qəfəsində ağrı və ya sıxılma
  • Ürəkdöyünmə, ritmin pozulması
  • Təngnəfəslik
  • Yüksək arterial təzyiq
  • Ayaqlarda şişkinlik
  • Huşun qısamüddətli itməsi

Müayinə və müalicələr

  • Kardioloq konsultasiyası
  • Elektrokardioqrafiya (EKQ)
  • Exokardioqrafiya (EXO)
  • Holter monitorinqi

Qəbul necə keçir

Holter müayinəsi ürəyin 24–48 saat ərzində fasiləsiz EKQ qeydiyyatıdır. Adi EKQ qısa müddətli olduğu üçün aralıq ritm pozğunluqlarını aşkar etməyə bilər; Holter isə gündəlik fəallıq və yuxu zamanı yaranan aritmiyaları qeydə alır.

Bu şöbədə kim qəbul edir?

Tez-tez verilən suallar

Holter cihazı ilə gündəlik işlərimi görə bilərəm?

Bəli, Holter məhz gündəlik həyat zamanı ürək ritmini yazmaq üçündür. Cihaz taxılı olarkən adi fəaliyyətinizi davam etdirir, şikayət hiss etdiyiniz anları qeyd edirsiniz.

Əlaqə

Sualınız var? Zəng edin və ya yazın.

+994 50 885 70 07

Təcili müraciət
Gecə-gündüz, bayram günlərində də
Planlı qəbul
Həkimin qrafikinə görə, əvvəlcədən yazılmaqla