Daxili xəstəliklər

Nevrologiya

Baş ağrısı, başgicəllənmə, epilepsiya, insult sonrası vəziyyətlər və hərəkət pozğunluqları ilə klinikanın nevroloqları həftə içi hər gün məşğul olur. Uşaq nevropatoloqu və neyrocərrah elan olunan günlərdə qəbul edir.

Nə vaxt müraciət etməli

  • Tez-tez təkrarlanan baş ağrısı
  • Başgicəllənmə və müvazinətin pozulması
  • Əl-ayaqda keyimə, uyuşma
  • Əllərdə titrəmə, hərəkətin yavaşıması
  • Yaddaş və yuxu pozğunluqları
  • Qıcolma
  • Uşaqda nitq geriləməsi

Müayinə və müalicələr

  • Baş ağrısı və miqren
  • Vertiqo və müvazinət pozğunluqları
  • Epilepsiya
  • İnsult və serebrovaskulyar xəstəliklər
  • Parkinson xəstəliyi, tremor, distoniya
  • Polineyropatiyalar və nevritlər
  • Nevroz, panik atak, təşviş pozğunluqları
  • Demans və yaddaş pozğunluqları
  • Uşaqlarda nitq geriləməsi, tiklər, enurez
  • Karpal tunel sindromu
  • Disk yırtığı və onurğa kanalının daralması üzrə neyrocərrah konsultasiyası

Qəbul necə keçir

Həkim şikayətin nə vaxt və necə başladığını soruşur, reflekslərə, hissiyata, müvazinətə və yerişə baxır. Ehtiyac olduqda MRT, KT və ya digər müayinələr klinikadan çıxmadan aparılır.

Bu şöbədə kim qəbul edir?

Tez-tez verilən suallar

Baş gicəllənməsi ilə müvazinət pozğunluğu eyni şeydir?

Xeyr. Cəmiyyətdə çox vaxt eyni şikayət kimi qəbul edilsə də, nevroloji baxımdan bunlar müxtəlif mexanizmlərlə yaranan, bəzən isə təcili qiymətləndirmə tələb edən əlamətlərdir.

Parkinson yalnız əl titrəməsidir?

Xeyr. Parkinson beynin dopamin istehsal edən hüceyrələrinin zədələnməsi ilə gedən xroniki xəstəlikdir: istirahət tremoru ilə yanaşı hərəkətin yavaşıması və əzələlərdə sərtlik də müşahidə olunur.

Əlaqə

Sualınız var? Zəng edin və ya yazın.

+994 50 885 70 07

Təcili müraciət
Gecə-gündüz, bayram günlərində də
Planlı qəbul
Həkimin qrafikinə görə, əvvəlcədən yazılmaqla